Demokratiya və İqtisadi İnkişaf naminəTəşkilat - GUAM ölkələrinin (Gürcustan, Ukrayna, Azərbaycan və Moldova) fövqəladə hallar üzrə orqanlarının 13-cü iclasında fövqəladə halların qarşısının alınmasının təşkili və aradan qaldırılması məsələləri müzakirə edilib.
Məlumata əsasən, təşkilatın işçi qrupu 2015-ci ildə görülən işlərə dair hesabatı və 2016-cı il üçün tədbirlər planını təqdim edib. Hesabat və tədbirlər planı təşkilatın üzvləri tərəfindən baxılaraq təsdiq edilib.
Növbəti iclasın 2016-cı ilin may ayında keçirilməsi barədə razılıq əldə olunub.
F.İsazadə