Yanvar-oktyabr aylarında “Füzuli” su elektrik stansiyası (SES) 31,9 mln. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə «Azərenerji» ASC-nin saytında məlumat verilir.
Oktyabrda stansiyada 2,6 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
“Füzuli” SES 2012-ci ilin dekabr ayında istismara verilib. Stansiyanın gücü 25 MVt təşkil edir. Stansiyada hər birinin gücü 10 MVt olan 4 və hər birinin gücü 5 MVt olan 2 turbin quraşdırılıb. İstehsal edilən elektrik enerjisini enerji sisteminə ötürmək üçün 2 km uzunluğunda 110 kV-luq elektrik ötürücü xətti çəkilib, «Böyük Haramı» və «Xələc» yarımstansiyaları arasında 110 kV-luq elektrik ötürücü xətti yenidən qurulub.
“Füzuli” SES bu bölgənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit işləməsinin təmin edilməsində böyük rol oynayr.
A.Əzizov