Bazar ertəsi Azərbaycanın hüquq-mühafizə orqanları Gəncədə “Müsəlman Birliyi” adlı hərəkatı dəstəkləyən 6 nəfəri saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Məlumatda qeyd edilir ki, Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən şəhər sakini Mübariz İbrahimov tutulub. Ona məxsus “VAZ-2106” markalı avtomobilə baxış zamanı 4 ədəd “RQD-5” qumbarası, 1 ədəd qoruyucu, 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) götürülüb.
Qeyd edilir ki, Gəncə ŞBPİ əməkdaşları tərəfindən “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Ramiz Sarıyevin Yeni Gəncə qəsəbəsindəki evinə baxış zamanı 3 ədəd “F-1” qumbarası, 2 ədəd patron darağı, 67 ədəd müxtəlif çaplı patron, 1 ədəd planşet, 9 ədəd DVD disk, 22 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar edilərək götürülüb.
Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Rövşən Əsədovun evinə baxış zamanı 1 ədəd “AK-74” makalı silah, 2 ədəd patron darağı, 30 ədəd patron, 11 ədəd DVD disk, 12 ədəd dini ədəbiyyat, 5 ədəd üzərində fars yazıları olan bankomat kartı, 1 ədəd üzərində fars yazıları olan mobil telefon üçün kart və 4 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar edilərək götürülüb.
Anar Sultanovun evinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 1 ədəd “RQD-5” qumbarası, 2 ədəd patron darağı, 50 ədəd müxtəlif çaplı patron, 91 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar ediləkərək götürülüb.
Keçirilən əməliyyat zamanı Kəpəz RPİ əməkdaşları tərəfindən “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Füzuli Abbasovun mənzilinə baxış zamanı 2 ədəd “F-1” qumbarası, 2 ədəd patron darağı, 52 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü bıçaq, 68 ədəd DVD disk, 26 ədəd təqvim, 52 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti), Ramil Abbasovun evinə baxış zamanı 1 ədəd, “F-1”, 1 ədəd “RQD-5” qumbarası, 25 ədəd müxtəlif çaplı patron, 1 ədəd audio disk, 4 ədəd dini lövhə, 4 ədəd dini ədəbiyyat və 3 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar edilərək götürülüb.
F.İsazadə