SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Tbilisidəki nümayəndəliyinin ərazisində olan tarixi binanın bərpasına qərar verib. Bu barədə şirkətin mətbuat xidməti məlumat verir.
1900-1905-ci illərdə memar Aleksandr Şimkeviç tərəfindən ucaldılmış bina əvvəlcə yeləşdiyi küçənin səviyyəsinə qaldırılacaq, sonra isə bərpa işləri aparılacaq.
Binanın qaldırılması işi iki il əvvəl Bakıda tarixi binanın yerinin dəyişdirilməsi kimi unikal layihəni həyata keçirmiş Hollandiyanın Bresser şirkətinə həvalə olunub.Tbilisidə tarixi binanın qaldırılması texniki mənada Cənubi Qafqazda və qonşu regionlarda ilk belə unikal layihə olacaq.
Bina 3,4 metr hündürlüyə qaldırılacaq, fundamenti möhkəmləndirildikdən sonra bərpa edilərək “SOCAR-Georgia”nın qonaq evi kimi istifadə olunacaq. Bu layihə Tbilisi meriyası, Gürcüstanın Mədəniyyət Nazirliyi, Mədəni İrsin qorunması üzrə Milli Agentlik tərəfindən dəstəklənib.
A.Zeydullayeva