Azərbaycan IDI reytinqində (İKT-nin inkişafı indeksi) 67-ci yeri tutub.
Reytinq Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) yaydığı "İnformasiya cəmiyyətinin ölçülməsi" hesabatında dərc edilib.
Azərbaycan bundan öncəki hesabatda 64-cü yeri tutmuşdu.
ITU-nun qiymətləndirmələrinə görə, yeni hesabatda Azərbaycanda IDI 5,79 təşkil edib, orta dünya göstərici isə 5,03-ə bərabərdir. Bundan əvvəlki hesabatda respublika üçün bu göstərici 5,65 təşkil edib.
A.Axundov