Bu gün Milli Məclisin plenar iclasında parlament komitələrinin sədr müavinləri təsdiq edilib.
Rövşən Rzayev Hüquq siyasəti və dövlət quruculuğu, Aydın Mirzəzadə Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə, Fəttah Heydərov Regional məsələlər, Bəxtiyar Əliyev Elm və təhsil, Jalə Əliyeva Mədəniyyət, Yevda Abramov İnsan hüquqları, Sevinc Fətəliyeva Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Rauf Əliyev Əmək və sosial siyasət, Eldar Quliyev Aqrar siyasət, Ağalar Verdiyev Sənaye və sahibkarlıq, Musa Quliyev Səhiyyə, Sahibə Qafarova Ailə, qadın və uşaq, Xanlar Fətiyev İctimai birliklər və dini qurumlar, Ülvi Quliyev Gənclər və idman, Kamran Nəbizadə Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin sədr müavinləri seçiliblər.
Milli Məclis komitələrin tərkibini də təsdiq edib.
Parlamentin noyabrın 24-də keçirilmiş iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə Əli Hüseynli, Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinə Ziyafət Əsgərov, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Elm və təhsil komitəsinə İsa Həbibbəyli, Mədəniyyət komitəsinə Rafael Hüseynov, İnsan hüquqları komitəsinə Bahar Muradova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə Səməd Seyidov, Əmək və sosial siyasət komitəsinə Hadı Rəcəbli, Aqrar siyasət komitəsinə Eldar İbrahimov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə Ziyad Səmədzadə, Səhiyyə komitəsinə Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq məsələləri komitəsinə Aqiyə Naxçıvanlı, İctimai birliklər və dini qurumlar komitəsinə Siyavuş Novruzov, Gənclər və idman komitəsinə Fuad Muradov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinə Valeh Ələsgərov sədr seçilib.
Milli Məclisin spikeri Oqtay Əsədov beşinci çağırışa uğurlu qanunvericilik fəaliyyəti arzulayıb və növbəti plenar iclasın vaxtını elan edib. Parlamentin növbəti iclası dekabrın 4-də keçiriləcək.
R.Babayev