Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün bir daha bəyan edib ki, onun ölkəsi Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Bundan əlavə, o deyib ki, Türkiyə İŞİD-lə mübarizəni davam etdirmək niyyətindədir.
R.T.Ərdoğan Suriyada hakimiyyət dəyişikliyinin vacib olduğunu vurğulayıb.
Agentliyin məlumatına görə, Türkiyə prezidenti bu gün Parisdə BMT-nin iqlim dəyişikliyi ilə bağlı konfransı çərçivəsində ABŞ prezidenti Barak Obama ilə görüşüb.