Azərbaycanda fəaliyyət göstərən dini icma rəhbərləri əzəli Azərbaycan torpağı olan Qarabağın probleminin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə öz ədalətli həllini tapacağına ümid edir. Azərbaycanda fəaliyyət göstərən bir sıra dini icma rəhbərlərinin ölkə başçısı İlham Əliyevə ünvanladığı müraciətdə belə deyilir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidməti məlumat verir.
Müraciətdə QMİ sədri Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Avropa yəhudilərinin Bakı icmasının sədri Gennadi Zelmanoviç, Alban-udi xristian dini icmasının sədri Robert Mobili “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nalayiq görüldükləri üçün prezidentə minnətdarlıqlarını bildiriblər.
F.İsazadə