Bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyində Bakıda səfərdə olan Gürcüstanın müdafiə nazirinin müavini Davit Ebralidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Gürcüstanın Azərbaycandakı hərbi attaşesi də görüşdə iştirak edib.
R.Babayev