Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 1-də Naxçıvana səfəri çərçivəsində yenidən qurulmuş Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentə məlumat verilib ki, Babək rayonunun bir sıra yaşayış məntəqələrini birləşdirən, uzunluğu 16 kilometrə yaxın, eni 7,5 metr olan yol bir il müddətində tamamilə yenidən qurulub.
Ən başlıcası isə bu rahat yoldan həmin ərazidə yaşayan 32 min nəfər sakin istifadə edəcək. Bu magistral təkcə Naxçıvan şəhəri və Babək rayonu üçün deyil, ümumilikdə, muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.
Həmin gün dövlət başçısı Naxçıvan şəhər 2 saylı uşaq musiqi məktəbinin və Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbinin açılışında da iştirak iştirak edib.
F.İsazadə