Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında “Polis haqqında” qanuna düzəlişlər müzakirə olunur.
“Polis haqqında” qanunun 26-cı maddəsinə (Polis tərəfindənfiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən düzəlişlərə əsasən, polislər terror və dini ekstremizmin, həmçinin Konstitusiya quruluşunun pozulmasına yönəlmiş cinayət hadisələrinin qarşısının alınması zamanı fiziki qüvvə, odlu silah və ya xüsusi vasitələr tətbiq etmək hüququ əldə edəcəklər.
Həmçinin iclasda “Dini ekstremizm qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında” qanun layihələri, eləcə də Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunacaq.
R.Babayev