Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Serbiyaya işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfərdə məqsəd 3-4 dekabr tarixlərində Belqradda keçiriləcəkATƏT Nazirlər Şurasının 22-ci iclasındaiştirak etməkdir.
E.Məmmədyarov toplantıda çıxış etməyi və bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır.
F.İsazadə