Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimi birliklər komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən düzəlişlərə əsasən çox dərs buraxan şagirdlərin valideynlərinin cərimələnməsi nəzərdə tutlulur.
“Təklif edilən düzəlişlərə əsasən, məcəlləyə 51.1-1-ci maddə əlavə ediləcək. Bu maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin 100 manat məbləğində cərimələnməsini nəzərdə tutur.
İclasın yekunları üzrə sənəd baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
R. Babayev