Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Dövlət başçısı bu yaxınlarda Gürcüstana rəsmi səfərini və keçirdiyi görüşlər zamanı ikitərəfli əlaqələri əhatə edən müxtəlif məsələlər ətrafında aparılan səmərəli müzakirələri xatırlayıb.
İ.Əliyev ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini bildirib.
Öz növbəsində T.Xidaşeli Gürcüstanla Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın önəmini vurğulayıb.
Nazir Bakıya səfərinin hərbi strukturları arasında əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
B.Rüstəmbəyov