Türkiyə İŞİD-in Suriya və İraqdan oğurladığı neftin əsas istehlakçısıdır. Bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bəyan edib.
“Daxil olan məlumatlara əsasən, bu cinayətkar biznesə ölkənin ali siyasi rəhbərliyi, prezident Ərdoğan və onun ailəsi cəlb olunub”, - deyə A.Antonov Moskvada keçirilən və “Rossiya 24” telekanalında yayımlanan mətbuat konfransında bildirib.