Azərbaycan prezidenti İlham Əliyev Argentina Respublikasının yeni seçilmiş prezidenti Maurisio Makrini seçkilərdə qələbə münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
İ.Əliyev Azərbaycan ilə Argentina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəklərinə ümidvar olduğunu bildirib.
Prezident M.Makriyə Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar arzu edib.
B.Rüstəmbəyov