Dekabrın sonunda Gürcüstanda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri - Elmar Məmmədyarov, Georgi Kvirikaşvili və Mövlud Çavuşoğlunun üçtərəfli formatda görüşü keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
Məlumata əsasən, hazırda tərəflər görüşün dəqiq tarixi və yerinin müəyyən edilməsinə dair danışıqlar aparırlar.
Gürcüstan ev sahibi kimi XİN başçılarının görüş yerini müəyyən etməlidir. Görüş Batumidə və ya Gürcüstanın qərbində başqa şəhərdə keçirilə bilər.
Görüş zamanı regional əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələrlə bağlı bir sıra mühüm məsələlərin müzakirəsi planlaşdırılıb.
Bundan başqa, XİN başçıları Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tikinti işlərinin gedişi ilə tanış olacaqlar.
F.İsazadə