Azərbaycan və Qazaxıstan arasında Azərbaycanın “Astana Expo-2017” sərgisində iştirakına dair müqavilə imzalanacaq. Bu barədə Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib.
Müqavilə dekabrın 4-də Bakıda energetika naziri Natiq Əliyevin Qazaxıstanın xarici işlər nazirinin birinci müavini, sərginin komissarı Rapil Joşıbayevlə görüşü çərçivəsində imzalanacaq.
“Astana Expo-2017” sərgisi 2017-ci il iyunun 10-dan sentyabrın 10-dək keçiriləcək. Sərgidə 100-dən artıq ölkə, 10-dan artıq beynəlxalq təşkilat və innovasiya texnologiyaları sahəsində müxtəlif aparıcı şirkətlərin iştirakı planlaşdırılır.
N.Abbasova