2015-ci ilin noyabr ayı ərzində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 5 mln. 32 min 184 kvadratmetr ərazi yoxlanılıb, 125 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib. Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatlarda 488 nəfər minaaxtaran mütəxəssis və 112 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 314,455,648 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,895 ədəddir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağstafa, Beyləqan, Füzuli, Gəncə, Göygöl, Xocavənd, Qazax, Abşeron, Samux və Tərtər rayonlarında davam etdirilir.
R.Babayev