Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xaricdən dini təhlükəyə qarşı mübarizə sistemi işləyibhazırlamağı təklif edir.
“Hamı Yaxın Şərq ölkələrində baş verən hadisələr barədə məlumatlıdır. O da məlumdur ki, orada baş verənlər din pərdəsi altında törədilir. Digər ölkələr də bu vəziyyətdən maraqlarına uyğun şəkildə istifadə etməyə cəhd göstərirlər. Bu səbəbdən elə sistem hazırlamalıyıq ki, bizim üçün təhlükə olmasın”, - deyə M.Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində Nardaran hadisələrinə həsr olunmuş tədbirdə bildirib.
O, din xadimlərini sayıqlıq nümayiş etdirməyə və xarici qüvvələrin təbliğatının qarşısını almağa çağırıb.
“Radikalizmin əlamətlərini dərhal aradan qaldırmaq lazımdır”, - deyə o vurğulayıb.
F.İsazadə