Azərbaycan Qırğız Respublikasında baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə 1 mln. manat ($951,3 min – İF-Az) məbləğində humanitar yardım göndərəcək. Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
"FHN prezident İlham Əliyevin tapşırığı ilə hazırda təbii fəlakət zonasına 1 mln. manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Qırğız Respublikasının Hökuməti Azərbaycan Respublikasının Hökumətinə müraciət edib.
A.Axundov