Azərbaycan və Maltanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Corc Vella Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıblar. Bu barədə cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində görüşən nazirlər iqtisadiyyat, enerji və turizm kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd ediblər.
İkitərəfli əlaqələrin inkişafı məqsədilə müqavilə-hüquq bazasının inkişafı və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.
Görüşdə həmçinin tərəflər arasında iki ölkənin Diplomatik Akademiyaları arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.
R.Babayev