ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) cari ilin 1 noyabr tarixində Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə etməkdən imtina etməsi onun mandatına ziddir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə XİN başçısı Elmar Məmmədyarov Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Maykl Linklə görüşdə bəyan edib.
Dekabr ayının 3-də Belqradda keçirilənATƏT-in Nazirlər Şurasının 22-ci iclası çərçivəsində E.Məmmədyarov vurğulayıb ki, Azərbaycanın məntiqə əsaslanan və konstruktiv əməkdaşlıq çağırışlarına baxmayaraq, qurum tərəfindən belə bir addımın atılması onun müstəqilliyi və qərəzsizliyini sual altına qoyur.
Nazir DTİHB-nin hansı prinsip və metodologiyaya əsasında bu cür mövqe tutmasının araşdırılmasının zəruriliyini diqqətə çatdırıb.
M.Link Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təşkilata üzv olan bütün dövlətlərlə əməkdaşlıq etməkdə maraqlı və hazır olduğunu bildirərək, qurumun gələcəkdə bu istiqamətdə səylərini daha da artıracağını qeyd edib.
R.Babayev