Milli Məclisin bu gün keçirilən plenar iclasında “Polis haqqında” qanuna dəyişikliklər qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanunvericiliyə təklif edilmiş dəyişikliklər barədə məlumat verib.
“Polis haqqında” qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) qəbul edilmiş dəyişikliyə əsasən, polislər terror və dini ekstremizmin, həmçinin Konstitusiya quruluşunun pozulmasına yönəlmiş cinayət hadisələrinin qarşısının alınması zamanı fiziki qüvvə, odlu silah və ya xüsusi vasitələr tətbiq etmək hüququ əldə edirlər.
R.Babayev