Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qaradağ rayonunda sahibkarlara kreditlərin verilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF ət kəsimi, şirniyyat məhsulları, plastik qapı-pəncərə, dam örtükləri, dəmir qapı, plastik qab və polietilen paket istehsalı müəssisələrinin yaradılması üzrə layihələrin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
Qaradağda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 60 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 220 mln. manat məbləğində güzəştli kredit veriləcək.
A.Əzizov