“Standard & Poor`s” kredit reytinqləri xidməti SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) uzunmüddətli kredit reytinqini «ВВ+» səviyyəsində təsdiq edib.
Reytinqin proqnozu “Mənfi”dir.
Agentliyin qiymətləndirmələrinə əsasən, SOCAR-ın reytinqinin təsdiq edilməsi dünya bazarlarında neftin qiyməti ucuz olduğu halda şirkətin kredit öhdəliklərini həyata keçirmək iqtidarında olması deməkdir.
Bununla belə, şirkət əsaslı xərcləri azaldacaq. Həmçinin agentlik hesab edir ki, Azərbaycan hökuməti SOCAR-a zəruri maliyyə dəstəyi verəcək, o cümlədən 2016-cı ildə şirkətin kapital qoyuluşlarını qismən maliyyələşdirəcək.
Bununla yanaşı, reytinqin təsdiq olunması agentliyin Azərbaycan hökumətinin zərurət yaranacağı halda şirkəti təcili dəstəklə təmin edəcəyinə dair “kifayət qədər yüksək” ehtimalı əks etdirir.
Məlumatda qeyd edilir ki, ARDNŞ üzrə mənfi proqnoz Azərbaycanın suveren reytinqi üzrə mənfi proqnoza uyğundur. “Azərbaycanla bağlı analoji reytinq tərtib olunduqda biz proqnozu “stabil”ə çevirmək üçün onu yenidən nəzərdən keçirəcəyik. Lakin bazarlarda neftin qiymətinin perspektivlərini nəzərə alaraq, biz yaxın bir-iki il ərzində müsbət reytinq tərtibatı üçün yüksək ehtimal olduğunu görmürük”, - deyə məlumatda deyilir.
A.Əzizov