Azərbaycan prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində şagirdlərin çoxlu sayda dərs buraxmasına görə cərimə tətbiq edilməsini nəzərdə tutan düzəlişləri təsdiq edib. Bu barədə bazar ertəsi rəsmi KİV-lər məlumat verib.
Milli Məclisin ötən həftə keçirilmiş plenar iclasında müvafiq məsələyə baxılıb.
Qəbul edilmiş düzəlişlərə əsasən, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 51.1-1-ci maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə 100 manat miqdarında cərimə edilməsini nəzərdə tutur.
R.Babayev