Qarabağ münaqişəsi zonasında düşmən tərəfindən açılan atəş nəticəsindəAzərbaycan Silahlı Qüvvələrinin zabiti həlak olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Erməni silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti baş leytenant Abdulla Mollayev ağır yaralanıb.
O, hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq buna baxmayaraq, hərbi qulluqçu vəfat edib.
R.Babayev