İstirahət günləri Azərbaycan ərazisində 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 9 nəfər yaralanıb. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Daha 9 nəfər yol qəzaları nəticəsində yaralanıb.
Bundan başqa, şənbə və bazar günləri respublika ərazisində 123 cinayət hadisəsi qeydə alınıb, onların 37-si “isti izlər”lə açılıb.
İstirahət günləri hüquq-mühafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 48 nəfər saxlanılıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
B.Rüstəmbəyov