Biləsuvarda insan tələfatı ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilib.
Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində “VAZ-21154” markalı minik avtomobili ilə “MAN” markalı yanacaq daşıyan avtomobilin toqquşması nəticəsində minik maşınının dörd sərnişini həlak olub. Sürücü Mansur Bayramov ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
R. Babayev