“Azər-Türk Bank” dekabrın 8-dən “AzeriCard” prosessinq mərkəzinə qoşulacaq. Bu barədə bankdan məlumat verilib.
“Bu, bankın müştərilərinə “MasterCard” şirkətinin ödəmə kartları vasitəsilə bankın bir sıra xidmətlərindən daha asan, rahat və tam təhlükəsiz şəkildə istifadə etmək imkanı yaradacaq”, - deyə məlumatda qeyd olunur.
“AzeriCard” prosessinq mərkəzi Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsusdur.
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (75%), Türkiyənin “Ziraat Bank”ı (12,37%), “Ziraat Bank International” (1,08%), “AzRe” təkrarsığorta şirkəti (6,55%) və “Qala Həyat Sığorta” şirkətidir (5%).
A.Əzizov