Silahla ehtiyatsız davranma nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi həlak olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Məlumata əsasən, gizir Ceyhun Əhmədov tərəfindən açılan atəşdən əsgər Adil Quliyev vəfat edib.
Hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.
F.İsazadə