2015-ci il noyabr ayının 1-nə Azərbaycanda banklar tərəfindən 2,711 min ədəd bankomat quraşdırılıb ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 3,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Noyabrın 1-nə Bakıda 1,525 min ədəd (artım 3,7%), regionlarda 1,186 min ədəd bankomat (artım 4,3%) quraşdırılıb.
AMB-nin məlumatına görə, 2015-ci ilin yanvar-oktyabr aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında artım müşahidə olunub. Xüsusilə oktyabr ayının əvvəlinə onların sayı 76,932 min ədəd (artım 5,4%) təşkil edib.
Bununla yanaşı, Bakıda 48,278 min ədəd (azalma 3,5%), regionlarda 28,654 min ədəd (artım 24,8%) pos-terminal mövcuddur. Oktyabrda Bakıda quraşdırılan pos-terminalların sayı 200 ədəd, regionlarda 38 ədəd azalıb.
Pərakəndə ticarət obyektlərində 75,461 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,1%-i quraşdırılıb.
N.Abbasova