Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 8-nə manatın dollara nisbətən rəsmi məzənnəsini dekabrın 7-də qeydə alınmış 1,0499 manat/$1 səviyyəsinə qarşı 1,05 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0095% ucuzlaşıb.
AMB dekabrın 8-nə manatın avroya nisbətən rəsmi məzənnəsini dekabrın 7-də qeydə alınmış 1,1405 manat/1EUR səviyyəsinə qarşı 1,1387 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,1578% möhkəmlənib .
Dekabrın 8-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi dekabrın 7-də qeydə alınmış 0,0154 manat/1RUR səviyyəsinə qarşı 0,0152 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla qarşı 1,2987% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov