Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Bişkək şəhərində keçiriləcək beynəlxalq seminarda "İslam Dövləti"nin və digər ekstremist qrupların fəaliyyətinin genişlənməsinin Mərkəzi Asiyanın sabitliyinə təsiri” mövzusunda olan paneldə çıxış edəcək. Bu barədə Strateji Araşdırmalar Mərkəzinin məlumatında deyilir.
Bununla əlaqədar 9-10 dekabr tarixlərində F.Məmmədov “Xarici amillərin Mərkəzi Asiyada təhlükəsizlik və inkişaf məsələlərinə təsiri” adlı beynəlxalq konfransda iştirak etmək üçün Qırğızıstana səfər edəcək.
Konfrans BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzi tərəfindən keçiriləcək.
F.İsazadə