Bazar ertəsi Azərbaycan ərazisində baş vermiş 3 yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb. Bu barədə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Yol qəzalarında 6 nəfər xəsarət alıb.
Ötən gün ərzində ölkədə 69 cinayət hadisəsi qeydə alınıb, onlardan 27-nin üstü isti izlərlə açılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət törətməkdə şübhəli bilinən 32 nəfəri saxlayıb.
Bundan başqa, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 6 fakt müəyyən edilib.
B.Rüstəmbəyov