Dünən Xaçmaz rayonunda “KAMAZ” markalı yük maşını ilə “VAZ- 21011” markalı minik maşınının toqquşması nəticəsində bir nəfər həlak olub. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Minik maşınının sürücüsü Kərim Kərimov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xaçmaz Rayon Poliş Şöbəsində qəza ilə bağlı araşdırma aparılır.
B.Rüstəmbəyov