Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət almış 14 nəfər müalicə alır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə xəstəxananın mətbuat xidmətindən məlumat verilib.
“Ümumilikdə xəstəxanaya yanan platformadan xilas edilmiş 31 nəfər daxil olub, onlardan 22 nəfərə tibbi yardım göstərilib və evə buraxılıb. Bir nəfər yaralı əməliyyat olunub və hazırda özünü yaxşı hiss edir”, - deyə xəstəxanadan bildirilib.
Xəstəxanadan ambulator müalicə almaq üçün evə buraxılanlardan 5 nəfər özlərini pis hiss etdikləri üçün geri qayıdıb. “Daha bir nəfər hipertonik böhran keçirərək yenidən xəstəxanaya müraciət edib. Xəstəxanada olan pasiyentlərin vəziyyəti sabitdir”,- deyə məlumatda qeyd olunur.
Daha bir nəfər 5 saylı xəstəxananın Yanıq şöbəsində müalicə alır.
A.Zeydullayeva