2015-ci il noyabrın 1-nə Azərbaycanda bankların ümumi aktivləri 27 mlrd. 772,7 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2015-ci il tarixinə bankların ümumi aktivləri 25 mlrd. 182,5 mln. manat təşkil edib. Beləliklə, cari ilin 10 ayı ərzində Azərbaycanda banklar aktivlərini 10,3% artırıblar.
Bununla yanaşı, cari ilin oktyabr ayında bankların aktivləri 427,2 mln. manat və ya 1,5% azalıb.
A.Əzizov