Cari ilin yanvar-noyabr aylarında SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 392 yaşayış məntəqəsini qazlaşdırıb. Bu barədə SOCAR-dan məlumat verilib.
Noyabrda 121 yaşayış məntəqəsi qazlaşdırılıb.
Yeni qaz kəmərlərinin tikintisi və mövcud olanların təmiri üzrə aparılan işlər nəticəsində Sumqayıt, Minqəçevir, Gəncə, Naftalan, Şirvan, həmçinin Füzuli, Biləsuvar, Qazax, Balakən, Hacıqabul və Abşeron rayonlarında qazlaşdırılma 100%-ə çatıb.
İşlər “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində aparılıb.
2014-cü ildə “Azəriqaz” İstehsalat Birliyi Azərbaycanda 58 yaşayış məntəqəsini qazlaşdırıb.
N.Abbasova