Çin Xalq Respublikasında dövlət səfərində olan prezident İlham Əliyev dekabrın 9-da Sian şəhərindəki Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanış olub. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Prezident İ.Əliyev terrakota ordusunda təmsil olunan və müxtəlif rütbələrdə olan hərbçilərin heykəllərinə baxıb. Dövlət başçısına qazıntı işləri zamanı ərazidən tapılan bürünc silah nümunələri barədə məlumat verilib.
Qeyd olunub ki, il ərzində bu muzeyə dünyanın müxtəlif yerlərindən minlərlə turist gəlir
R.Babayev