Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin yeni hərbi attaşe, polkovnik İqor Lobastovu müdafiə naziri, general-polkovnik Zakir Həsənova təqdim edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Azərbaycan ilə Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirildiyi bildirilib. İllik əməkdaşlıq planına əsasən Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında keçirilən işçi görüşlərinin, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərləri və təlimlərinin keçirilməsi qeyd olunub.
R.Babayev