Azərbaycan dörd il müddətinə UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətinqorunması üzrə komitəsinin üzvü seçilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə məlumat verib.
“Azərbaycan 60 ölkədən 45-nin dəstəyi ilə bu komitənin üzvü seçilib”, - deyə o qeyd edib.
V.Eyvazzadə bildirib ki, sözügedən komitəyə üzvlük Azərbaycana işğal altında olan torpaqlarımızdakı tarixi və mədəni abidələrin qorunması məsələsini iclaslarda müzakirə olunacaq məsələlərin gündəliyinə daxil etməyə imkan verəcək.
“Bu, Azərbaycan üçün yaxşı şansdır. Üzvlük 2016-2020-ci illər üçün nəzərdə tutulub”,- deyə şöbə müdiri qeyd edib.
A.Zeydullayeva