Kənd Təsərrüfatı Nazirliyi ASK məhsullarının gündəlik qiymət informasiya portalını istifadəyə verib. Bu barədə nazirlikdən məlumat verilib.
www.azagro.net portalında 46 adda meyvə, tərəvəz və bostan məhsullarının 400 növü, həmçinin məhsulların iri, orta, xırda ölçülərinə görə əlavə olaraq hər növün çeşidi üzrə gündəlik yenilənən məlumat bazası tam fəaliyyət göstərir.
Məlumat bazası 19 pərakəndə, 5 topdan satış bazarından gündəlik olaraq toplanan məlumatlar əsasında yenilənir.
“Növbəti mərhələdə Kənd Təsərrüfatı Nazirliyinin qiymət məlumat bazası heyvandarlıq, taxılçılıq, texniki bitkilər və digər kənd təsərrüfatı məhsulları üzrə qiymətləri, habelə fermerlərin sahədən satış qiymətlərini özündə əks etdirəcək”, - deyə məlumatda deyilir.
A.Əzizov