Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ)direktoru Leyla Yunus barəsində çıxarılmış həbs qətimkan tədbirini dəyişdirib. Bu barədə yerli KİV-lər məlumat verir.
Məhkəmənin qərarına əsasən, LYunus məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində çıxarılmış həbs qətimkan tədbiriev dustaqlığı iləəvəz edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü iləL.Yunus8 il 6 ay,onun həyat yoldaşı Arif Yunusisə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökm dələduzluq,qanunsuz sahibkarlıq, vergidən yayınma, sənədləri saxtalaşdırma maddələrinə əsasən çıxarılıb.
Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.
Xatırladaq ki, noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi A.Yunus barəsində çıxarılmış həbs qətimkan tədbirini dəyişdirib. O, məhkəmə zalından azadlığa buraxılıb və hazırda ev dustağıdır.
F.İsazadə