Milli Məclisin 2016-cı ildə keçirilcək yaz sessiyasında “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.
Komitənin bu gün keçirilən iclasında parlamentin yaz sessiyasının işçi planı nəzərdən keçirilib.
Qeyd edilib ki, yaz sessiyasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin hazırlanması, ümumi, ibtidai, texniki-peşə, orta ixtisas və ali təhsil haqqında qanun layihələrinin işlənməsi üzrə işçi qrupların yaradılması planlaşdırılır.
R.Babayev