“PAŞA Kapital” şirkəti 2015-ci ilin noyabr ayında dövlət və korporativ qiymətli kağızlar bazarında (Repo əməliyyatları bazarı istisna olmaqla) göstərilən xidmətlərin həcminə görə brokerlərin renkinqinə başçılıq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
“PAŞA Kapital” MMC cari ilin noyabr ayında 60 mln. 696,228 min manat məbləğində broker xidməti göstərib (oktyabrda 2-ci yer).
İkinci yeri 13 mln. 119,392 min manat məbləğində xidmət göstərmiş “AzFinance Invest” MMC brokeri tutub (oktyabrda 3-cü yer).
Noyabr ayının yekunları üzrə üçüncü yerdə 1 mln. 551,379 min manat məbləğində xidmət göstərmiş "Texnika Kapital Menecment” MMC qərarlaşıb (oktyabrda 7-ci yer).
Ötən ay ümumilikdə 8 broker xidmət göstərib.
N.Abbasova