Azərbaycanda "AzeriCard" prosessinq sistemində xidmət olunan bankların sayı 35-ə çatıb. Bu barədə mərkəzin məlumatında deyilir.
2015-ci il noyabrın 1-nə Azərbaycanda 43 bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.
“Hazırda “AzeriCard” prosessinq sistemində xidmət olunan bankların sayı 35-ə bərabərdir. 2015-ci il ərzində “AzeriCard” prosessinq sisteminə dörd bank qoşulub. Onlardan biri də dekabrın 9-da sistemə qoşulmuş “Azər-Türk Bankdır”,- deyə məlumatda qeyd edilir.
“AzeriCard” prosessinq mərkəzi Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsusdur.
A.Əzizov