2015-ci ilin birinci yarısında Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri 16,9% - 10 mlrd. 757,61 mln. manata qədər artıb. Bu barədə ABB-nin saytında məlumat verilir.
Bankın auditor rəyi ilə təsdiq edilmiş birinci yarımillik üzrə maliyyə hesabatına əsasən, yanvar-iyun aylarında ABB-nin kredit portfeli 19% - 9 mlrd. 352,608 mln. manata qədər artıb.
30 iyun tarixinə bankın öhdəlikləri 10 mlrd. 235,781 mln. manata bərabərdir (artım 20,2%).
Hesabat dövrünün sonuna müştərilərin hesablarında vəsaitin qalıqları 4 mlrd. 657,7 mln. manat təşkil edir (artım 12,4%).
Cari il iyulun 1-nə bankın kapitalı 521,829 mln. manat (azalma 24%), səhmdar kapitalı 641,287 mln. manat (artım 8,6%) həcmində olub.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 51,07%-i dövlətə, 48,93%-i özəl səhmdarlara məxsusdur.
A.Əzizov