Bakı Beynəxalq Multikulturalizm Mərkəzi xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris keyfiyyətini öyrənmək üçün monitorinqlər keçirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə mərkəzdən məlumat verilib.
Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.
Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığının təmin edilməsi və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestrin sonunda mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
Fənnin xarici ölkə universitetlərində ilk monitorinqi Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəz Universitetində aparılıb.
Bundan başqa, Multikulturalizm Mərkəzinin əməkdaşı Vidadi Rzayevin rəhbərliyi altında Naxçıvan Dövlət Universitetində monitorinq keçirilib.
Həmçinin monitorinq Kooperasiya Universiteti, Qərb Universiteti, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, eləcə də İsveçrənin Frayburq Universitetində təşkil olunub. Monitorinq Bakı Beynəxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədovun rəhbərliyi altında keçirilib.
Portuqaliyanın Lusafon Universitetində də analoji tədbir keçirilib. Monitorinqə Bakı Slavyan Universitetinin əməkdaşı Ülviyyə Abbasova, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən monitorinqə, Bakı Beynəxalq Multikulturalizm Mərkəzinin əməkdaşı V.Rzayev, İtaliyanın La Sapienza universitetində keçirilən monitorinqə isə Bakı Beynəxalq Multikulturalizm Mərkəzinin kafedra müdiri Aytən Qəhrəmanlı rəhbərlik edib.
A.Zeydullayeva